Rüfət Səfərovun anası aclıq aksiyasını dayandırdı

Ana həbsdə oğluna qarşı edilən təzyiqlərə görə aksiya edirdi

Source:
Rüfət Səfərov və anası Tahirə Səfərova
Rüfət Səfərov və anası Tahirə Səfərova


Ana həbsdə oğluna qarşı edilən təzyiqlərə görə aksiya edirdi

Həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun anası Tahirə Səfərova martın 12-si aclıq aksiyasını dayandırıb. O, bu qərara həbsdə olan fəalların ailə üzvlərinin onu ziyarətindən sonra gəlib.

Məlumatı AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlının xanımı, yazıçı Zümrüd Yağmur “Facebook”da yazıb.

T.Səfərova martın 10-da aclıq aksiyasına başlamışdı. O, bunu oğlu Rüfət Səfərovun cəzaçəkmə müəssisəsində təzyiqlərlə üzləşdiyinə görə etmişdi.

Penitensiar Xidmət Rüfət Səfərova həqiqətən təzyiq edilib edilməməsinə münasibət bildirməmişdi.

Rüfət Səfərov martın 6-da 3 günlük cərimə kamerasına salınmışdı. Buna səbəb kimi onun kamera yoldaşı ilə mübahisə etdiyi göstərilirdi.

Rüfət Səfərov və anası Tahirə Səfərova
Rüfət Səfərov və anası Tahirə Səfərova

R.Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə R.Səfərov hüquq-mühafizə orqanlarının işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Bundan sonra, 2016-cı ilin yanvarında R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Ötən il dekabrın 22-də Şirvan Apelyasiya Məhkəməsi Səfərovun şikayətini təmin etməyib.

Ana səhifəXəbərlərRüfət Səfərovun anası aclıq aksiyasını dayandırdı