“Əgər sakit otursam, təqib dayanacaq, fikrimi ifadə etsəm, təqib və hədələr başlayacaq”
—————————————————————————-
Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib.
O, Meydan TV-yə
bildirib ki, idarədə istintaq hərəkətləri ilə bağlı dindirilib və dilindən iltizam alınıb.
Rüfət Səfərov fevralın 13-də yenidən idarədə dindiriləcəyini də söyləyib.
Meydan TV-yə bu barədə açıqlama verən Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov güman edir ki, “Azadlıq” qəzetinin 12 fevral sayında ”Mənə münasibətdə qanunun adı ilə yox, adi zorakılıq etdilər” başlıqlı müsahibəsi çağrılmasına səbəb ola bilər: “Hesab edirəm ki, məni şantaj edirlər. Əgər sakit otursam, təqib dayanacaq, fikrimi ifadə etsəm, təqib və hədələr başlayacaq. Məlum müsahibədə heç kim təhqir olunmayıb, suallara qanun çərçivəsində cavab verilib”.
Sabiq müstəntiq saat 14.50-də idarədə olmalıdır.
Yanvarın 15-də isə Rüfət Səfərova qarşı CM-nin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsilə ittiham irəli sürülərək həbs olunub. Yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalov onun azad olunması haqda qərar çıxarıb.
Rüfət Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.