Rüfət Səfərov ”karsa” salınıb

Eldar Sabiroğlu: “Bu, işgəncənin bir növüdür”

Source:


Eldar Sabiroğlu: “Bu, işgəncənin bir növüdür”

Hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərov saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində “karsa” salınıb. Bu barədə məlumatı onun atası Eldar Sabiroğlu yayıb.

“Bu gün Rüfətin evlə telefon danışığının vaxtı idi. Zəng olmadığından narahatlıq keçirdim və cəzaçəkmə müəssisəsi ilə əlaqə saxladım. Oradan məlumat verildi ki, Rüfət Səfərov həbsxananın cərimə təcridxanasına, yəni “karsa” salınıb. Səbəbini soruşduqda həbsxananın növbətçisi heç bir izah verməyərək, R.Səfərovun daxili intizam qaydalarına əməl etmədiyinə görə cəzalandırıldığını bildirdi. Bir daha növbətçidən onun hansı qaydalara əməl etmədiyini soruşduqda yenə heç bir izah vermədi və qeyd etdi ki, bu, bizim səlahiyyətimiz çərçivəsində deyil. Səlahiyyət sahibiləsə danışa bilmədim, kimsə telefona gəlmədi” – deyə ata bildirir.

E.Sabiroğlu bunu Rüfət Səfərova qarşı təzyiq kimi qiymətləndirir:

“Bəyan etmək istəyirəm ki, cəzaçəkmə müəssisəsində Rüfətin ətrafında çətin vəziyyətin yaradılmasını hiss edirdim. Bu, işgəncənin bir növüdür. Oğlumun həyatı üçün ciddi təhükələrin olacağı qənaətindəyəm. Ona görə də beynəlxalq təşkilatlardan və ölkədəki insan hüquqlarını müdafiə edən qurumlardan təzyiq və təqib metodlarına diqqət yetirmələrini xahiş edir, əlaqədar hökumət orqanlarından isə basqının aradan qaldırılması üçün ölçü götürmələrini tələb edirəm”.

Penitensiar Xidmətdən Meydan TV-yə məsələni araşdıracaqlarını bildiriblər.

Ana səhifəXəbərlərRüfət Səfərov ”karsa” salınıb