Rüfət Aslanlı: Manatın məzənnəsi ilə neftin qiyməti arasında əlaqə yoxdur

Qadir İbrahimli: Azərbaycanın ixraacatında neft dominantlıq təşkil edirsə, manatın məzənnəsinin sabit qalması harda və necə axtarılmalıdır?

Source:
foto sosial şəbəkə


Qadir İbrahimli: Azərbaycanın ixraacatında neft dominantlıq təşkil edirsə, manatın məzənnəsinin sabit qalması harda və necə axtarılmalıdır?

“Azərbaycanın manatının dollara nisbətən məzənnəsi neftin qiymətindən asılı olmayaraq formalaşır”.

“APA-Economics” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

“Jurnalistlər və bizim bəzi deputatlarımız məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarırlar. Axtarmayın, tapa bilməyəcəksiniz. Çünki məzənnə ilə neft qiymətləri arasında əlaqə yoxdur. İndiki halda əlaqə yoxdur. Bu, bilərəkdən belə müəyyənləşdirilib. 1998-ci ildə biz Dövlət Neft Fondunu yaradanda bilirdik ki, bir il ərzində ölkəmizə ÜDM-in 5 qatı həcmində valyuta daxil olacaq. Ona görə biz həmin valyutanı iqtisadiyyatdan sterilizasiya edirdik, həmin valyuta Dövlət Neft Fonduna gedirdi. Həmin dollar kütləsi bazara çıxmadığına görə, onun məzənnəyə təsiri yoxdur. İndi dollar bazara necə çıxır? Dövlət Neft Fondu büdcə öhdəliklərini yerinə yetirmək üçün dollardakı vəsaitini bazara çıxarır, manata çevirir və büdcəyə transfer edir. Bu da yenə neftin qiymətləri ilə əlaqəli deyil. Çünki Dövlət Neft Fondu dolları ucuz olanda alıb, baha olanda satmır. Fondun büdcə ödənişlərini təmin etməklə bağlı öhdəliyi var. Dövlət Neft Fondu da büdcə qarşısındakı öhdəliyini Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müəyyən edərək lazım olan vaxtda, lazımı məbləğlərdə dollar sataraq yerinə yetirir. Neftin qiymətinin bizim iqtisadiyyatın dayanıqlığına təsiri var. Amma neftin qiymətinin birbaşa dolların məzənnəsinə təsiri yoxdur”, – deyə R.Aslanlı vurğulayıb.

Ancaq iqtisadçı Qadir İbrahimli hesab edir ki, Azərbaycanın ixraacatında neft dominantlıq təşkil edir, təxminən 85-86 faiz. Belə olan halda manatın məzənnəsinin sabit qalması harda və necə axtarılmalıdır? Təəəsüf ki, cənab Aslanlı bu məsələni izah etmir.

Qadir İbrahimli

“Təbii ki, neft satışından gələn vəsaitin Dövlət Neft Fonduna daxil olması və ordan da dövlət büdcəsinə daxil olmasından məlumatlıyıq. Ancaq söhbət manatın indiki məzənnəsinin formalaşmasında hansı amillərin əsas götürülməsindən gedir. Rüfət Aslanlı isə bununla bağlı heç nə deməyib. Sual yaranır, valyuta bazarında hansı spekulyasiyalar baş verir ki, bunları ictimaiyyətə niyə açıqlamırlar? Normalda isə neftin qiymətilə manatın kursu arasında birbaşa əlaqə olmalıdır. Çünki Azərbaycanın ixraacatında neft dominantlıq təşkil edir”,-deyə İbrahimli fikrini tamamlayıb.

Ana səhifəXəbərlərRüfət Aslanlı: Manatın məzənnəsi ilə neftin qiyməti arasında əlaqə yoxdur