Rüfət Aslanlı: Çox güman sığortalanmayan əmanətlər də vətəndaşlara qaytarılacaq

“Yollarını araşdırırıq, bu məsələni cənab prezidentə məruzə də etmişik, xüsusi nəzarətdədir”

Source:
Rüfət Aslanlı
Rüfət Aslanlı


” Yollarını araşdırırıq, bu məsələni cənab prezidentə məruzə də etmişik, xüsusi nəzarətdədir”

“Qorunmayan, sığortalanmayan əmanətlərlə bağlı bu günlərdə hökumətlə və cənab prezidentlə müzakirələr aparmışıq. Çox güman ki, qanunvericilik buna yol verərsə, bağlanmış banklarda qorunmayan və sığortalanmayan əmanətlərin də vətəndaşlara qaytarılmasını həyata keçirəcəyik”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov deyib.

Palata sədri bildirib ki, məsələ ölkə başçısının xüsusi nəzarətindədir və bu cür əmanətlərin qaytarılması həyata keçiriləcək:

“Hələ tam rəqəm demək istəmirəm. Ortaq həll tapan kimi, sığortalanmayan və qorunmayan əmanətlərin də geri qaytarılmasını təmin edəcəyik. Yollarını araşdırırıq, bu məsələni cənab prezidentə məruzə də etmişik, xüsusi nəzarətdədir”.

Rüfət Aslanov bildirib ki, problemli kreditlərlə bağlı da yaxın günlərdə qərar qəbul ediləcək. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda sistem əhəmiyyətli banklara dəstək mexanizmi hazırlayıb. Palata Azərbaycanda bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır.

R. Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:

“Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.

Ana səhifəXəbərlərRüfət Aslanlı: Çox güman sığortalanmayan əmanətlər də vətəndaşlara qaytarılacaq