Röya Ayxanla Aygün Bəylərin məhkəməsi başlayıb

İki əməkdar artistin mübahisəsi məhkəmədə çözüləcək

Source:
Röya Ayxan və Aygün Bəylər
Röya Ayxan və Aygün Bəylər


İki əməkdar artistin mübahisəsi məhkəmədə çözüləcək

Yanvarın 23-də Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.

Hakim Zaur Əliyevin sədrlik etdiyi iclasda A.Bəylərin nümayəndəsi iştirak etməyib. İclasda anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınıb.

R.Ayxan A.Bəylərin “ARB” telekanalının “Səhər-səhər” verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.

R. Ayxan həmkarından 50 min manat təzminat və A. Bəylərin mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olduğunu bəyan etməsini tələb edir.

Ana səhifəXəbərlərRöya Ayxanla Aygün Bəylərin məhkəməsi başlayıb