Rövşən Ağayev: Qida rasionumuz xeyli kasıbdır

Statistika Komitəsi: Qiymətlərdə bahalaşma var

Source:


Statistika Komitəsi: Qiymətlərdə bahalaşma var

Bu ilin yanvarında pərakəndə ticarət şəbəkəsində 2.6 milyard manatlıq məhsul satılıb. Bu rəqəm əvvəlki ilin eyni ayından 1.3 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, istehlakçılara 1.3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb. Bu da ötən ilin analoji dövründən 0.8 faiz çoxdur.

Həmin dövrlə müqayisədə qeyri-ərzaq məhsulları satışında isə 1.7 faiz artım var.

Yanvarda istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50.4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına gedib. 17.5 faizi toxuculuq məhsullarına, geyimlərə, ayaqqabılara, 6.3 faizi elektrik mallarına, mebellərə, 5.1 faizi avtomobil yanacağına, 1.4 faizi tibb mallarına, 0.8 faizi də kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərclənib.

Bundan başqa, 18.5 faiz isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 265.7 manat təşkil edib. Bu da 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 31.8 manat çoxdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 133.9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131.8 manatlıq isə qeyri-ərzaq məhsulları alıb.

Dövlət Statistika Komitəsinin məlumatını Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, rəqəmlər qiymət artımının göstəricisidir:

“Hökumətin təqdim etdiyi minimum qida rasionunu inkişaf etmiş ölkələrlə müqayisə oluna bilməz. Hətta keçid dövründə olan respublikalarla da müqayisədə qida rasionumuz xeyli yoxsuldur. Məsələn, Rusiyanın, Qazaxıstanın, Belarusun adını çəkə bilərəm. Ona görə rəqəmlər qida rasionumuzda çəkilən, yaxud həcmin artması deyil, qiymətlərin artımı ilə bağlıdır. Komitənin yaydığı məlumatı oxuduqda, görünür ki, ərzaq və qeyri-ərzaq üzrə illik 11,9 faiz qiymət artımını veriblər.  2016-cı il birbaşa inflyasiyanın çox yüksək olduğu il kimi yadda qaldı. Bu, birmənalı şəkildə qiymətlərin artımı ilə bağlıdır”.

Ana səhifəXəbərlərRövşən Ağayev: Qida rasionumuz xeyli kasıbdır