Rövşən Ağayev: Məcburi köçkünlərə verilən maddi dəstək yetərli deyil

”Üst-üstə götürdükdə, bir qaçqına, məcburi köçkünə ən yaxşı halda 15-20 manatlıq dəstək paketi verilir”

Source:


”Üst-üstə götürdükdə, bir qaçqına, məcburi köçkünə ən yaxşı halda 15-20 manatlıq dəstək paketi verilir”


Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Heydər Əliyev və prezident İlham Əliyev son 24 ildə qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlib: “Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün 2,5 milyard dollar sərf edilib. Beynəlxalq təşkilatlar, xarici dövlətlər isə bu məqsədlə Azərbaycana 1,4 milyard dollar vəsait ayırıb”.

Komitə sədrinin açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, təkcə qaçqınların mənzil şəraitinin yaxşılaşdırılmasına 2,5 milyard dollar xərclənib. Yəqin ki, cənab Həsənov bunu nəzərdə tutub. Amma əlavə olaraq dövlət büdcəsindən qaçqın və məvburi köçkünlər üçün yemək xərcləri də ayrılır. Ümumi götürdükdə, Əli Həsənovun söylədiklərindən böyük məbləğdir”.

Rövşən Ağayevin sözlərinə görə, sosial baxımdan götürdükdə hansısa məbləğin az və ya çox olduğunu demək olar. Amma insani baxımdan yanaşdıqda, nə qədər xərc çəkilsə də, azdır: “Çünki söhbət öz yurdlarını itirmiş, çətinliklərlə üzləşən insanlardan gedir. Ona görə onlara ən yaxşı binada mənzil verilsə də, bu, onların ağrısını azaltmır. Ümumiyyətlə, mənzilləri kənara qoyduqda, sosial dəstək yüksək məbləğ deyil. Son illər ərzaq normaları kəsilib, kommunal xidmətlərə görə güzəşt verildi. Üst-üstə götürdükdə, bir qaçqına, məcburi köçkünə ən yaxşı halda 15-20 manatlıq dəstək paketi verilir. Yaşayışın dəyərilə müqayisə etsək, az vəsaitdir. Problem ondadır ki, regionlarda olan qaçqın və məcburi köçkünlərin işsizliyə, yoxsulluğa məruz qalma riski daha yüksəkdir. Həm də onların xeyli hissəsi yerli əhalidən fərqli olaraq torpaq payı əldə edə bilməyiblər. Salınan qəsəbələrdə isə 1 məcburi köçkün ailəsinə yarım hektar yer verilib, bu, o deməkdir ki, maksimum 2 ton taxıl götürə bilər. Bazar qiymətini götürsək, ən yaxşı halda 200-400 arası gəlirə ekvalentdir, bunu aya böləndə 30-40 manat edir. Lap tərəvəz məhsullarını götürdükdə, ordan 1000-1500 manat qazana bilər, aya böləndə isə 100-150 manat edir, 4 nəfərlik ailə üçün 30-35 manatdır. Bu baxımdan hökumətin maddi-sisial baxımdan dəstəyini yetərli saymazdım. İndiki iqtisadi mühit də onların yaxşı yaşaması üçün əlverişli deyil. Yeganə məsələ xeyli sayda mənzil verildi ki, müəyyən rahatlıq gətirdi”.

Ana səhifəXəbərlərRövşən Ağayev: Məcburi köçkünlərə verilən maddi dəstək yetərli deyil