Rövşən Ağayev: ”Manatı dəyərdən salan qərar ölkəni sosial fəlakətə aparır”

“Hökumət cəmiyyətə müsbət mesajlar verməlidir – amma quru sözlərlə yox”

Source:


“Hökumət cəmiyyətə müsbət mesajlar verməlidir – amma quru sözlərlə yox”

“Valyuta bazarında inzibati məhdudiyyət problem həll etməyəcək”. Bunu iqtisadçı Rövşən Ağayev öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq idarəetmədə yanlış qərarların qəbuluna və icrasına iqtisadiyyatın dözməyə nə zamanı, nə də potensialı var. Bütün limitlər ötən 10 ildə xərclənib.

“Valyuta bazarında defisit yaradıb, tələbi boğmağı hədəfə alan siyasət uğursuzluqla bitəcək. Hökumətin müəyyən müddət ölkədən kapital çıxışını sərtləşdirməsinə bəlkə də haqq qazandırmaq olar. Amma valyuta təklifini məhdudlaşdıran, manatı dəyərdən salan qərar ölkəni sosial fəlakətə aparır. Qiymətlər kosmik sürətlə artır, cəmiyyətdə panika sürətlə artmaqdadı” – deyə, istisadçı vurğulayıb.

Onun fikrincə, hökumət cəmiyyətə müsbət mesajlar verməlidir – amma quru sözlərlə yox: “Təcili antiböhran planı elan etməklə, gömrük sisteminin mətbuat səhifələrində deyil, gerçək həyatda hamının gözü qarısında islah etməklə, bir sıra gündəlik tələbat mallarına tətbiq olunan gömrük ödənişlərinə moratorium tətbiq etməklə, resursları hesabına valyuta bazarında valyuta təklifini dəstəkləməklə, təcili kreditlərin sığortası fondun yaradıb bank sektorunu manatla kredit ayırmalarına stimullaşdırmaqla, büdcənin sosial yükünə yenidən baxmaqla.

Dünən yazdığım məqalədə də qeyd etmişdim ki, valyutaya təxirə salınmaz tələblər var, heç olmazsa, onun gündəlik həcmi dəqiq hesablanıb banklar gündəlik olaraq həmin həcmi qarşılaya biləcək həcmdə valyuta kütləsi ilə təmin edilməlidir – təbii bankların valyuta satışını ciddi nəzarət və monitorinq altında saxlamaq şərtilə…”

Ana səhifəXəbərlərRövşən Ağayev: ”Manatı dəyərdən salan qərar ölkəni sosial fəlakətə aparır”