“Rövnəq Abdullayevi Cinayət Məcəlləsinin çoxlu sayda maddəsilə cəzalandırmaq olar”

“Meteoroloji məlumat veriləndən sonra küləyin sürətini nəzərə alıb, fəhlələr ərazidən evakuasiya olunmalıydılar”

Source:


“Meteoroloji məlumat veriləndən sonra küləyin sürətini nəzərə alıb, fəhlələr ərazidən evakuasiya olunmalıydılar”

“Siyasi göstəriş olsa, SOCAR prezidenti Rövnəq Abdullayevi Cinayət Məcəlləsinin çoxlu sayda maddəsilə cəzalandırmaq olar. Amma bunun üçün siyasi göstəriş olmalıdır. Sadəcə, Azərbaycan hüquqi dövlət olmadığından normal əmək şəraitinin yaradılmaması ilə bağlı Rövnəq Abdullayevə qarşı ittiham irəli sürüləcəyinə inanmaq olmur”.

Bu fikirləri tanınmış hüquqşünas Müzəffər Baxış Meydan TV-yə bildirib.

Onun fikrincə, dekabrın 4-də “Günəşli” yatağında baş vermiş qəzayla bağlı araşdırma aparılmalıdır: “Doğrudur, Cinayət Məcəlləsinin 225.2 maddəsi, yəni yanğın təhlükləsizlik qaydalarının pozulmasının ağır nəticələrə səbəb olması ilə bağlı cinayət işi başlanılıb. Ancaq bu, daha ciddi şəkildə araşdırılmalıdır. Məsələn, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə kanallara bildirib ki, 1957-ci ildə dənizdə dalğaların 10 metrə qədər qalxmasından sonra estakadanı 13 metrə qədər artırdılar. Əslində isə dekabrın 4-də hava şəraitinə görə əmək vəzifələri icra olunmalı deyildi. İkinci, meteoroloji məlumat veriləndən sonra küləyin sürətini nəzərə alıb, fəhlələr ərazidən evakuasiya olunmalıydılar. Hər bir halda estakadada əmək şəraiti yox idi. Prokurorluq orqanları bu məsələləri araşdırsa, normal əmək şəraitinin yaradılmaması ilə bağlı da müəyyən vəzifəli şəxslərə ittihamlar verilə bilər. Mətbuatdan öyrəndim ki, bp-nin işçiləri “Günəşli” yatağındakı estakadaları görəndə dəhşətə gəliblər ki, burda necə işləmək olar”.

Ana səhifəXəbərlər“Rövnəq Abdullayevi Cinayət Məcəlləsinin çoxlu sayda maddəsilə cəzalandırmaq olar”