Rövnəq Abdullayev: 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir

Natiq Cəfərli: İlkin ehtimallara əsasən baza hissə 50 dollar götürülsə, büdcə 4 milyarda yaxın azalmalıdır, ya da Neft Fonduna daha çox müdaxilə ediləcək

Source:


Natiq Cəfərli:  İlkin ehtimallara əsasən baza hissə 50 dollar götürülsə, büdcə 4 milyarda yaxın azalmalıdır, ya da Neft Fonduna daha çox müdaxilə ediləcək

2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir.

“APA-Economics”in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir: “Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir”.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, normalda dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir. Ötən il bu rəqəm 90 dollar idi, ancaq 90 dollar özünü doğrultmadı, neft sektorunda gəlir vergisindən təqribən 500 milyon manat azalmalar var. Bundan başqa Dövlət Neft Fondunun (DNF) büdcəsində ciddi problemlər yaranıb, bu il DNF-nin büdcəsi kəsirlə yerinə yetirildi.

Natiq Cəfərli deyib ki, əgər büdcə 50-55 dollar civarında götürüləcəksə, yenə də yüksək rəqəmdir. Çünki bir çox neft ölkələrində hökumətlər özlərini sığortalamaq üçün neftin qiymətinin baza hissəsini 40 dollardan götürməyi planlaşdırırlar. Bütün hallarda 50 dollardan götürülsə belə, büdcə parametrlərində ciddi dəyişikliklər olacaq. Əsas sual bundan necə çıxış yolunun tapılacağı barədədir. Məsələ ondadır ki, büdcə də azalmalıdır, xərclər də azalmalıdır, iş yerləri ixtisarları gündəmə gəlməlidir, hökumət bu məsələləri hansı yollarla həll edəcək. Təəssüf ki, bu suallar barədə hələ heç bir açıqlama və anti-böhran planı yoxdur. İlkin ehtimallara əsasən baza hissə 50 dollar götürülsə, büdcə 4 milyarda yaxın azalmalıdır, ya da Neft Fonduna daha çox müdaxilə ediləcək. Baxın, bu azalmanı hansı yollarla edəcəklər, bu sual hələ cavabsızdır. Normal ölkələrdə büdcə müzakirəsi ictimaiyyət üçün açıq keçirilirsaə, Azərbaycanda isə dövlət sirri kimi yanaşılır büdcə layihəsinə.

Ana səhifəXəbərlərRövnəq Abdullayev: 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir