Şəhərdə fövqəladə vəziyyət elan olunub
Rusiyanın Rostov-Don vilayətində baş verən yanğına görə fövqəladə vəziyyət elan edilib.
“RİA Novosti” yazır ki, yanğın 25 yaşayış evini əhatə edib. Ərazidən 600 nəfər təxliyə edilib. Hadisə yerinə 400 adam, 200-dən çox texnika cəlb edilib.
Yanğından sonra təxminən 60 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 9-u xəstəxanaya yerləşdirilib.
Rusiya FHN-i bildirilir ki, yanğının ərazisi on min kvadrat metrə çatır. Yaxınlıqdakı kvartallara qaz və işığın verilməsi dayandırılıb.
Rostov-Donda yanğın avqustun 21-də gündüz vaxtı başlayıb. Şəhərin tarixi mərkəzindəki özəl sahəni əhatə edib.
Təxminən 10 min kvadratmetr sahədə yaşayış evləri yanıb. Yanğın ümumilikdə təqribən 120 tikilini məhv edib və onun təxminən 100-ü yaşayış binasıdır. Regionda fövqəladə vəziyyət elan olunub. Evlərdən 600 nəfər evakuasiya edilib.