Mənbə: Reuters

Roskomnadzor Aleksey Navalnının saytını bloklayıb

Məqalə "Nоvaya qazeta" saytında dərc olunub

Rusiya Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsində nəzarət üzrə federal xidməti (Roskomnadzor) Aleksey Navalnının “navalny.com” saytını bloklayıb. Bu barədə siyasətçinin tərəfdarları xəbər verib. Bloklamanın səbəbi xəbərdə açırlanmır.

Sayta daxil olmaq cəhdi girişin “İnformasiya, informasiya texnologiyaları və informasiyanın müdafiəsi barədə” federal qanun əsasında məhdudlaşdırılması barədə məlumatın üzə çıxması ilə nəticələnir.

Bloklanmış resursların reyestrində saytın Baş Prokurorluğun qərarı ilə iyunun 15-də bloklandığı deyilir. Əsas kimi 15.3-cü maddə göstərilir ki, həmin maddəyə görə “kütləvi iğtişaşlara çağırışlar”, “ekstremist fəaliyyətin” həyata keçirilməsi və ya “qeyri-qanuni kütləvi tədbirlərdə” iştirak məzmunu daşıyan informasiyalar yayan saytlar bloklanır.

Navalnının mübarizə yoldaşı Leonid Volkovun xəbər verdiyinə görə, Baş Prokurorluğun qərarı ilə eyni vaxtda 49 sayt bloklanıb. Bu saytlar təkcə Navalnının deyil, həmçinin Volkovun, Lyubv Sobolun və Oleq Stepanovundur. Bundan başqa, Navalnının sabiq regional qərargahlarının bütün saytları, “Həkimlərin Alyansı” saytı, Korrupsiya ilə Mübarizə Fondunun saytı və digərləridir. Təkcə “Ağıllı Səsvermə” saytı bloklanmayıb. Layihənin saytının yerləşdiyi “appost.com”un domeninə “Google” şirkəti sahibdir. Odur ki, həmin saytı yalnız “Google”-yə müraciət etdikdən sonra bloklamaq mümkündür.

Bundan başqa, Ədliyyə Nazirliyi Navalnının Ufadakı qərargahının – “Vətəndaşların hüquqlarının müdafiəsi fondu” qeyri-hökumət təşkilatının hüquqi şəxsini xarici agent funksiyalarını yerinə yetirən təşkilatların siyahısına daxil edib. Adı şəkilən təşkilatın rəhbəri, Navalnının Ufadakı qərargahın sabiq rəhbəri Liliya Çanışeva “Kommersant”a söyləyib ki, artıq bu təşkilatın direktoru deyil və Ədliyyə Nazirliyində bildiriş almayıb. Leonid Volkov “Mediazona”ya deyib ki, reyestrə düşən təşkilat siyasətçinin hüquqi şəxslərindən biridir.

Moskva Şəhər Məhkəməsi Korrupsiya ilə Mübarizə Fondunu və Navalnının digər təşkilatlarının ekstremist təşkilat kimi tanıyıb. Rusiya məhkəməsi öz qərarını axşam saat 11 radələrində açıqlayıb. KMF müdafiəçiləri, Ədliyyə Nazirliyi və DİN-nin nümayəndələri on iki saat yarımdan çox məhkəmədə olublar. İclas qapalı rejimdə keçib. Məhkəmə təşkilatların faliyyətinin dərhal dayandırılması barədə qərar çıxarıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lcxud7

Ən çox baxılan