”Roshen” konserv zavodu necə işləyir? – Lipetskdən reportaj

Hromadske” əməkdaşları Lipetsk zavodunu ziyarət edib

Source:
Zavoddan foto
Zavoddan foto



Hromadske” əməkdaşları Lipetsk zavodunu ziyarət edib

Ukrayna prezidenti Petro Poroşenkoya məxsus Lipetskdə yerləşən “Roshen” fabriki 13 il fəaliyyət göstərib. Şəhərin ən böyük istehsalçılarından biri olub. Burada istehsal edilən məhsullar sadəcə Rusiyanın bütün regionlarına yox, xaricə də yollanırdı. 2017-ci ilin yazında Rusiyanın İstintaq Komitəsi fırıldaqçılıq işi ilə bağlı zavodun hesablarını dondurub. Elə o zaman bütün istehsalat dayanıb. Eyni ilin yayında 700-ə yaxın işçini ixtisara salıb zavodun fəaliyyətini dayandırıblar. Səliqə-səhmanı qorumaq üçün sadəcə bir neçə işçini saxlayıblar. Rusiya-Ukrayna münaqişəsinin qurbanı olan fabrikdə nə baş verdiyini anlamaq üçün

“Hromadske

” Lipetsk zavodunu ziyarət edib.

Meydan TV həmin yazını qısa ixtisarla təqdim edir:

Lipetskin mərkəzində yerləşən “Roshen”in inzibati binasında bizi mühafizə rəisi Yuri Aleksandroviç qarşılayır. Təxminən 60 yaşı var, zavodun qurulduğu gündən bəri “Roshen”də işləyir. Ofisindəki masa üzərində “Roshen” yazılı vizit-kartları var. Yuri Aleksandroviç konfet təklif etmir – deyir, çoxdan qurtarıb hamısı. Və pis olur – əvvəllər “Roshen”də qonaq jurnalistlərin heç biri konfetsiz çay içməmişdi.

2014-cü ildən sonra Ukrayna jurnalistləri Lipetskə bir neçə dəfə gəliblər. Petro Poroşenko biznesini satacağını vəd edərək prezident seçkisini qazanıb, amma sözünü tutmayıb. Rusiyada müvəffəqiyyətlə fəaliyyət göstərən istehsalat, prezidentin rəqibləri və media tərəfindən tənqid edilməsinə səbəb olub. Elə o zaman Ukrayna jurnalistləri zavodla maraqlanmağa başlayıblar. 2014-cü ilə qədər yalnız yerli jurnalistlər bura gəlirdilər, o da “Lipetsk mərkəzində kiçik bir Avropa” haqqında bir reportaj hazırlamaq üçün. Yuri Aleksandroviç bir neçə dəfə Rusiyanın heç bir yerində “Roshen”də olduğu kimi bir istehsalatın olmadığını vurğulayır.

“Əlbəttə, hamının yerinə danışa bilmərəm – deyir. – Ancaq qənnadı məmulatları ilə bağlı bilirəm, buradakı olduğu kimi heç yerdə yox idi. Bu səviyyədə, həqiqətən Avropa səviyyəsində, bu miqyasda heç bir yerdə yox idi”.

Vəziyyətin girovları

2014-cü ildə Petro Poroşenko prezident olanda fabrikdə demək olar ki, heç kəs heç bir reaksiya vermədi. Buna baxmayaraq Yuri Aleksandroviç deyir ki, bəzən elə olurdu ki, sürücülər “faşist zavodunda” işlədikləri üçün saxlanılırdılar və döyülürdülər. Lakin bu nadir hallarda baş verirdi. Fabrikə dair bilinən əsas şey burada yüksək maaş verilməsi və yaxşı şəraitin olması idi. Qalan şeylər əhəmiyyətli deyildi.

“Bəli, əlbəttə ki, zavodun bağlana biləcəyini söyləyirdilər – Vladislav deyir, – ancaq daha çox hər şeyin düzələcəyinə ümid edirdilər. İndiyə qədər necə işləmişiksə, elə də işləyəcəyik, sadəcə iş münasibətlərimiz qalacaq. Prezident prezidentdir, biznes isə biznesdir”.

Amma elə olmadı. Artıq 2015-ci ildə fabrikdə problemlər başlamışdı. Aprel ayında Rusiyanın İstintaq Komitəsi, Rusiya Federasiyasının əlavə dəyər vergisi büdcəsindən “Lipetsk qənnadı fabriki Roshen” ASC-nin qeyri-qanuni yolla ödənilməsi ilə “180 milyon rubl (3,1 milyon dollar) məbləğində fırıldaqçılıq edilməsi barədə axtarışlar apardı. Ukrayna ofisində bu hərəkətlər “qanunsuz” adlandırıldı.

Sonra İstintaq Komitəsi bir neçə dəfə mülkiyyətin hesablarına həbs qoydu, “Roshen” məhkəməyə müraciət etdi. Ukrayna cəmiyyətində gərginlik artırdı. 2017-ci ilin yanvar ayında “Roshen” zavodu bağladığını açıqladı. Obyektlərin bağlanmasını 2017-ci ilin aprelinə planlaşdırdılar – elə onda da bütün istehsalat dayandırıldı. Eyni ilin yayından işçiləri ixtisar etməyə başladılar. Yuri Aleksandroviç bütün maaşların ödənildiyini bildirir – heç kim incik ayrılmadı. Buna görə də, o, əmindir ki, fabrik işləməyə başladığı andan etibarən bütün işçilıər geri qayıdacaq.

“İndiyə qədər şaiyələr yayılır ki, yenidən açılacaq, zəng edirlər ki, həqiqətən belədir? Bəs nə vaxt artıq qayıda bilərik?” – Yuriy Aleksandroviç deyir. – “Buna görə də əminəm, iş başlayan kimi demək olar ki, hər kəs işə qayıdacaq. Baxmayaraq ki, bir çoxu artıq başqa yerlərdə işləyir, xüsusilə də rəislər. Burada bir çox gənc mütəxəssis var idi, indi digər qənnadı fabriklərinə, çörək zavodlarına gediblər. Amma əminəm ki, onlar da gələcəklər, çünki heç yer burada olduğu kimi deyil”.

Gələcəyə inanmaq

Zavodun texniki xidmətinin rəhbəri, baş elektrik Vladislav 2010-cu ildən zavodda işləyir. Onun sözlərinə görə, ilk gündən buranı bəyənmişdi – alman istehsalı avadanlıq, yaxşı iş şəraiti. İşdə verdikləri firma nişanını silir və bir neçə dəfə təkrarlayır ki, burada onlara pulsuz və dadlı yemək verirdilər, sensor əlüzyuyanları isə, ümumiyyətlə, ilk dəfə məhz burada görüb.

– Peter Alekseyeviç Poroşenko barədə nə düşünürsünüz?

Vladislav düşünür – bu suala necə cavab verəcəyini bilmir.

– Onun haqqında nə düşünürəm… Bu cür istehsalatı quran və ona həmişə lazımi dəstəyi verən bir işadamı kimi – yaxşı. Prezident kimi isə – bilmirəm. Heç öz ölkəmdən başım çıxmır, hələ qaldı başqaları haqda danışım.

Hesab edin ki, digər 700 işçidən fərqli olaraq Vladislavın bəxti gətirib – o, ofisində və maaşıyla qalıb. Əlbəttə ki, iş əvvəlki kimi deyil, yaradıcılıq tərəfi heç qalmayıb, deyə açıqlayır. Deyir ki, işdən çıxmaq fikrində deyil. Ümumiyyətlə, inanır ki, fabrik tezliklə işə başlayacaq. Doğrusu, bu, necə olacaq – dəqiq bilmir.

“Kim bilə bilər, birdən hər şey qaydasına düşdü”, – optimist şəkildə deyir:

“Bəlkə ölkəmizdə hər şey yaxşıya doğru dəyişməyə başladı. Bəlkə 5 ildən sonra, bəlkə on ildən sonra – artıq belə uzaq tarixlərə də ümid bəsləyirəm. Mən Ukraynadanam və əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin yaxşılaşmasını istəyirəm. Mənim valideynlərim, bacılarım, qardaşlarım oradadır. Necə ola bilər ki, başqa cür olmasını istəyim?”

Ana səhifəXəbərlər”Roshen” konserv zavodu necə işləyir? – Lipetskdən reportaj