Romada rus mədəniyyətinə dəstək aksiyası keçirilib

İtaliya. Foto: Vladimir Sazonov/shutterstock

“Mədəniyyətin dəri rəngi, dili, sərhədləri yoxdur, o, bütün dünyaya aiddir”

Romanın Santi-Apostoli meydanında rus mədəniyyətinə münasibətdə ayrı-seçkiliyə qarşı mitinq keçirilib.

Aksiya 2014-cü ildən İtaliya və Rusiya arasında mədəni əlaqələri inkişaf etdirən və möhkəmləndirən “Böyük Rusiyanın dostları” assosiasiyası tərəfindən təşkil olunub.

“Biz İtaliyada mədəniyyətimizə qarşı göstərilən münasibəti gördük. Dostoyevski ilə bağı mühazirələrin ləğvinə cəhd, Neapolda Çaykovskinin baletinin ləğv edilməsi, bu kimi bir çox nümunələr oldu. Yəni dünyanın bir parçası olan mədəniyyətimizə təcavüz olunmağa başlanıldı. Mədəniyyətin dəri rəngi, dili, sərhədləri yoxdur, o, bütün dünyaya aiddir”, – deyə aksiyanın təşkilatçılarından olan Yuliya Bazarova deyib.

Mitinq iştirakçıları çıxışlarında Rusiya mədəniyyətinə qarşı məhdudiyyət və təzyiqləri pisləyiblər.

Fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar siyasət və iqtisadiyyatdan sonra mədəniyyət sahəsinə də keçib.

İtaliyada rus alim və mədəniyyət nümayəndələrinin işdən çıxarılması halları baş verib.

Milan-Bicocca Universitetində rus yazıçısı Fyodor Dostoyevski ilə bağlı mühazirənin ləğvinə cəhd, həmçinin İtaliyada yaşayan rus yazıçısı Nikolay Lilinə qarşı sosial şəbəkələrdə hücumlar olub.

“La Skala” opera teatrı Rusiya Xalq artisti, dirijor Valeri Gergiyevi səhnədən uzaqlaşdırıb.

Avropa Yayım Birliyi də Rusiyanı builki “Eurovision” beynəlxalq mahnı müsabiqəsindən kənarlaşdırıb.

Mayın 17-dən 28-dək Fransanın Lazur sahilində keçiriləcək Beynəlxalq Kann Film Festivalına da Rusiya nümayəndə heyəti buraxılmayacaq.

Amerika kinostudiyaları da Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada filmlərin yayımını ləğv edib.

“Sony Pictures” də Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada gözlənilən teatr premyeralarını dayandırıb.

Amerikanın Metropoliten-opera teatrı opera ifaçısı Anna Netrebkonu səhnədən uzaqlaşdırıb.

Ana səhifəMədəniyyətRomada rus mədəniyyətinə dəstək aksiyası keçirilib