Roma Papası Haaqa Məhkəməsindən danışdı

”Yeganə yol səmimi dialoqdur, əgər bu, mümkün olmasa Haaqada beynəlxalq tribunala getməyə cəsarət tapmaq, beynəlxalq məhkəməyə müraciət etməkdir”

Source:
Roma Papası Fransisk foto Turan İA
Roma Papası Fransisk foto Turan İA
Roma Papası Fransisk foto Turan İA
Roma Papası Fransisk foto Turan İA


”Yeganə yol səmimi dialoqdur, əgər bu, mümkün olmasa Haaqada beynəlxalq tribunala getməyə cəsarət tapmaq, beynəlxalq məhkəməyə müraciət etməkdir”

Vatikanın mətbuat xidməti Gürcüstan və Azərbaycana səfərdən sonra Romaya qayıdan Roma Papası Fransiskin jurnalistlərin suallarına cavablarını dərc edib.

Məlumatı “Turan” İA yayıb.

Gürcüstana səfər baxımından pravoslav və katolik kilsələri arasında dialoq və əməkdaşlıq perspektivləri necədir? Gürcü jurnalistin bu sualının cavabında Papa deyib ki, Gürcüstan mənəviyyatı və mədəniyyətinin səviyyəsindən heyrətə gəlib. “Mən gürcü etiqadının köklərinin bu qədər dərin olduğunu bilmirdim”, – Papa vurğulayıb və dindarları xoş məram göstərməyə, çıxış yollarını bərabər axtarmağa çağırıb. İlahiyyatçılar isə bir- birilə ünsiyyətdə olmalı, bir-birini öyrənməlidir.

Almaniyanın ARD radiostansiyasının jurnalisti Papanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı fikirlərini soruşub, bu işdə şəxsən onun rolunun nədən ibarət ola biləcəyi ilə maraqlanıb.

Papa deyib ki, dinin rolu ondan ibarətdir ki, bu məqsədə çatmağa “yardım etsin”.

“Fikrimcə, yeganə yol səmimi dialoqdur, üz-üzə səmimi danışıqlar aparmaqdır. Əgər bu, mümkün olmasa Haaqada beynəlxalq tribunala getməyə cəsarət tapmaq, beynəlxalq məhkəməyə müraciət etməkdir. Mən başqa yol görmürəm. Buna alternativ müharibədir, müharibə isə hər zaman dağıdır, müharibə ilə hər şey itirilir”, -Roma Papası qeyd edib.

Rsaim Ağayev foto sosial şəbəkə
Rsaim Ağayev foto sosial şəbəkə

Siyasi şərhçi Rasim Ağayev Meydan TV-yə bildirib ki, Papa bu bəyanatıyla tərəflərdən səmimi addım gözləyir: “Güman ki, təşəbbüs göstərib addım atır, əgər bu, doğrudursa, müsbətdir. Hərbçilərin və siyasətçilərin addımlarının nəticəsi olmadı, 20 ildən çox keçib, amma ortalıqda heç nə yoxdur”.

Beynəlxalq Tribunala gəlincə, əslində, Gürcüstandakı və Azərbaycandakı separatçılar da heç nə qazanmadığından, onlara vaxtilə dəstək verənlərdən narazıdırlar. Çünki beynəlxalq aləm onları tanımır və insanların sosial durumu pisləşir, yaxşılığa doğru da heç nə yoxdur. Eyni zamanda, gənclər də deyir ki, dava nəyin üstündədir, əgər müharibə dediyiniz xalqın vəziyyətini yaxşılaşdırmaqdırsa, hanı rifah? Sualın cavabı bugün onların bərbad yaşayış vəziyyətləridir. Hazırda ötən əsrin 80-90-cı illəri deyil ki, Rusiya və Amerika separatçıları dəstəkləsin, o dövr bitdi, dünyanı maraqlar idarə edir və həmin maraqlar da 30 il əvvəl də qaldı. Sovet dövründə Ermənistan dotasiyayla yaşayırdı, indi Dağlıq Qarabağı da saxlamaq istəyir, bunu bacaracaqlarmı? Yox! Vaxtilə Stalin onlara demişdi ki, sizin rifahınız yalnız Azərbaycanla mümkün olacaq. İndi Papa deyir ki, müharibəylə heç nə alınmayacaq, məsələ Beynəlxalq Tribunala çıxsa, Ermənistan məğlub olacaq. Müharibəni aprelin əvvəlində gördük, Rusiya da əvvəlki kimi onları dəstəkləmir. Bu mənada Papanın açıqlaması ermənilər üçün müsajdır”.

Ana səhifəXəbərlərRoma Papası Haaqa Məhkəməsindən danışdı