Haluk Levent

Mənbə: Foto: arxiv

Başlıq: Haluk Levent

Rok ifaçısı zəlzələyə görə konsertini təxirə salıb

İfaçı təkcə Türkiyə deyil, hətta Azərbaycanda da köməyə ehtiyacı olanlara yardım əlini uzadıb

Türkiyənin tanınmış rok ifaçısı Haluk Levent Elazığda baş verən zəlzələ ilə əlaqədar Bursada keçiriləcək konsertini təxirə salıb.

Hər zaman xeyriyyə işləridə yaxından iştirak edən ifaçı dinləyicilərdən üzr istəyib. Zəlzələdən həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir. O, sənətçi olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur.

İfaçı təkcə Türkiyə deyil, hətta Azərbaycanda da köməyə ehtiyacı olanlara yardım əlini uzadıb.

Ötən ilin oktyabrında Azərbaycanın dövlət rəsmilərinə səslənərək, limfoma xərçəngi olan Surə Nadirovanın müalicəsinə lazım olan 400 min lirə (120 min manat) üçün Azərbaycanda konsertini təşkil etməyə çağırış etmişdi.

Onun çağırışı müsbət dəyərləndirilərək, 2019-cu il dekabrın 7-də Bakıda xeyriyyə konserti təşkil olunmuşdu.

Bu il yanvarın 24-də Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra 228 yeraltı təkan qeydə alınıb.

Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb, ölənlərin sayı isə ölənlərin 38-ə çatıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lt1d7c

Ən çox baxılan