”Hərtərəfli həll çərçivəsində Dağlıq Qarabağın statusu da müəyyənləşdiriləcək”
“Mən Konqresmen Şiffin etdiyi şöhbətlərdən agah deyiləm və bu barədə şərh verə bilməyəcəm. Lakin mən Səfir Uorlikin ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşması barədə etdiyi bəyanatı təkrarlamaq istəyirəm”.
Bunu Azərbaycandakı səfiri Robert Sekuta amerikalı konqresmen Adam Şiffin Dağlıq Qarabağla bağlı qətnamənin AŞPA-da keçməməsində ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın da rolu olması barədə açıqlamasını şərh edərkən deyib.
Bu barədə məlumat Meydan TV-yə səfirlikdən daxil olub.
“Münaqişənin geniş həllinin bir hissəsi olaraq işğal altında olan ərazilər qaytarılmalıdır. Həmçinin sözügedən həll çərçivəsində Dağlıq Qarabağın statusunu müəyyənləşdiriləcək” – deyə səfir vurğulayıb.
Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.