”Rışard Çzanetskinin bəyanatı Avropa Parlamentinin fikri deyil”

Avropa Parlamentinin iki üzvü həmkarlarının fikirlərini pisləyiblər

Avropa Parlamenti
Avropa Parlamenti


Avropa Parlamentinin iki üzvü həmkarlarının fikirlərini pisləyiblər

Avropa Parlamentinin iki üzvü – Elmar Brok və Linda Mkavan bəyanat yayaraq, həmkarları Rışard Çzanetskinin Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumla bağlı ifadələrini pisləyiblər.

Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

“Sentyabrın 26-da Azərbaycan vətəndaşları Konstitusiyaya düzəlişlərlə bağlı səs verəcəklər. Müvafiq qurumlar bu prosesin monitorinqini aparmadan və onu qiymətləndirmədən, Avropa Parlamenti də bunu etməyəcək.

Polşalı deputat Rışard Çzanetskinin bu yaxınlarda səsləndirdiyi “referendumun nəticələrinin Azərbaycan xalqının iradəsinin əsl demokratik ifadəsi olacağı” haqqında bəyanatı Avropa Parlamentinin fikri deyil.

İstənilən halda, cənab Çzanetskinin Azərbaycan məsələləri ilə bağlı Avropa Parlamenti adından danışmaq mandatı yoxdur”, deyə bəyanatda qeyd edilir.

Ötən həftə Rışard Çzanetski və Avropa Parlamentinin bir sıra üzvü Bakıya gəliblər və prezident İlham Əliyev tərəfindən qəbul ediliblər. Görüş başa çatdıqdan sonra jurnalistlərlə söhbət zamanı Çzanetski yuxarıda qeyd edilən bəyanatı səsləndirib.

Çzanetskinin qrupu müxalifətlə və Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri ilə görüşməyib.

Elmar Brok Avropa Parlamentinin xarici məsələlər komissiyasına rəhbərlik edir, Linda Mkavan isə demokratiyaya və seçkilərə dəstək qrupunun həmsədridir.

Ana səhifəXəbərlər”Rışard Çzanetskinin bəyanatı Avropa Parlamentinin fikri deyil”