Rəsulzadənin büstünün başına keçirilmiş çuval götürüldü

Bu gün Milli Məclisdə Naqif Həmzəyevin Rəsulzadə barədə səsləndirdiyi təhqiramiz ifadələr müzakirə olunacaq

Source:


Bu gün Milli Məclisdə Naqif Həmzəyevin Rəsulzadə barədə səsləndirdiyi təhqiramiz ifadələr müzakirə olunacaq

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkındakı büstünün başına keçirilmiş çuval bu gün səhər saatlarından etibarən götürülüb.

Məlumatı azərfax.az saytı yayıb. Bildirildiyinə görə, əraziyə 20-yə yaxın texniki işçi cəlb olunub və onlar büstün ətrafında təmizlik işləri aparır: “Bu bizim üçün çox xoş bir sürpriz oldu” – deyə, sayta Gəncə sakini bildirib.

M. Ə. Rəsulzadənin büstü qoyulmuş Dəmiryolçular parkı Nəqliyyat Nazirliyinin balansındadır. Parkda uzun müddət idi ki, təmir işləri aparılırdı. Rəsmi səviyyələrdə M. Ə. Rəsulzadənin büstünün üstü də məhz təmir işləri ilə əlaqədar örtüldüyü bildirilirdi.

Gəncə şəhərindən mandat almış Naqif Həmzəyevin M. Ə. Rəsulzadə barədə səsləndirdiyi fikirlər geniş ictimai etiraza səbəb olub, bununla bağlı Milli Məclisin bugünkü toplantısında müzakirələr keçiriləcək.

Ana səhifəXəbərlərRəsulzadənin büstünün başına keçirilmiş çuval götürüldü