“Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipinivə insan haqlarını tutan tərəf qalib gələcəkdir”.
Müsəlman Şərqində ilk demokratik Respublikanın qurucusu-Məhəmməd Əmin Rəsulzadə
O, 1884-cü il yanvarın 31-də Novxanı kəndində doğulub.
Təhsilini 2-ci rus-türk və Bakı Texniki Məktəbində rus dilində alıb.
1903-cü ildə “ Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi” ni yaradıb.
“Hümmət”-in yaradıcılarından biri olub.
Çar hökumətinin təqiblərindən yaxa qurtarmaq üçün 1909-cu ildə İrana gedib.
“İrani- Nov” qəzetini nəşr edib. Oradakı dostları ilə birlikdə İran demokratik Firqəsini yaradıb.
İranda da təqib edilib və Bakıya qayıdıb.
Az sonra isə İstanbula yola düşüb.
1911-ci ildə Bakıda Rəsulzadənin göstərişi ilə Müsavat partiyası yaradılıb.
1913-cü ildə Rəsulzadə əfv fərmanına düşüb və Bakıya qayıdıb.
1918-ci il 28 mayda Rəsulzadənin sədri olduğu Milli Şura Azərbaycanın istiqlaliyyətini elan edib.
AXC dövründə Şərqdə ilk dəfə olaraq qadınlara səsvermə hüququ verildi.
100 nəfər tələbə xaricdə oxumağa göndərildi.
Azərbaycanın ilk ali təhsil müəssisəsi- Bakı Dövlət Universiteti yaradıldı.
Azərbaycan xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərdi.
Parlamentin son iclasında Rəsulzadə parlamentin qapılarının əhalinin üzünə açılmasını təklif edib.
Təqiblərdən yaxa qurtarmaq üçün Rəsulzadə Lahıcda gizlənib.
Sinxron: Dayımın adı Kəbrə Sultan idi. Dedilər, Kəbrə Sultanı çağır. Çağırdı. Dayım düşdü aşağı getdi qapını açdı. İki nəfər- Məhəmməd Əmin, bir də Abbasqulu (Kazımzadə) idi. Gəlmişdilər? Hə. 13 ya da 12 yaşım vardı. Necə adam idi? yadınızda qalıb? Yadımda qalıb. İndi də canlanır o şəkil gözümün qabağında.
1920-ci ilin 17 avqustunda bolşeviklər Rəsulzadəni həbs edərək Bakıya gətirir.
Rəsulzadə əvvəllər Stalini ölümdən xilas etdiyi üçün Stalin bu borcunu onu azad etməklə ödəyir.
Rəsulzadə mühacirətdə olduğu müddətdə qəzet və jurnallar dərc edərək gizli yollarla Bakıya göndərib.
O,1955-ci il martın 6-da Türkiyədə şəkər xəstəliyindən vəfat edib.
Azərbaycan prezidentləri Rəsulzadəyə ehtiram əlaməti olaraq onun məzarını ziyarət ediblər.
Bir tək İlham Əliyevdən başqa…
“İllər bir-birini əvəzləyərkən Rəsulzadənin azalmayan ümidi və tükənməz fədakarlığı qarşısında həmişə düşünmüşəm: “Davası uğrunda bir dəfə ölən insana qəhrəman deyilir. Bəs hər gün bir parça tükənənlərə nə ad verməliyik?”
Kərim Odər
AXC dövründə XİN əməkdaşı