Rəsul Quliyev: Avropanın sanksiyası Azərbaycanı elə günə salar ki…

“Hökümət anti-Qərb ritorikasından əl çəkib azad seçkilər keçirməyə cəhd etməlidir”

Source:


“Hökümət anti-Qərb ritorikasından əl çəkib, azad seçkilər keçirməyə cəhd etməlidir”

“Avropa Parlamentinin qərarı, nəhayət, Azərbaycanın dilbilməz, özündən müştəbeh höküməti və onun liderinə çatdı. Mən keçən ilin sonundan hökümətin “qırmızı xətti” keçdiyini, cəzasız qalmayacağını dəfələrlə yazmışam. Heç bir məsələni, problemi dərindən analiz etməyən və ya etməyi bacarmayan hökümətimiz özünün Qərbə göndərdiyi ”mənimlə işiniz olsa, Rusiyaya yaxınlaşacağam, Gömrük İttifaqına girəcəyəm” mesajının işləyəcəyinə elə inanmışdı ki, son aylarda ağlasığmaz həm daxili, həm də xarici siyasətdə bəyanatlar verirdi və bunun sonu olmalı idi”.

Bu fikirləri ABŞ-da mühacir həyatı yaşayan, eks-spiker Rəsul Quliyev öz Facebook səhifəsində yazıb.

Rəsul Quliyev hesab edir ki, Azərbaycan xalqı fəal olsaydı, 10 il əvvəl də AP-nin qərarı qəbul oluna bilərdi: “”Qırmızı xətti” keçmiş Azərbaycan kimi cırtdan (ölkənin cırtdan olub-olmaması bir çox faktorlardan, o cümlədən insanların orta yaşayış səviyyəsi, korrupsiyanın səviyyəsi, adambaşına illik məhsul istehsalından asılıdır. Məsələn, biz əhalisinə, ərazisinə görə Gürcüstandan qat-qat böyük olsaq da, onlarla müqayisədə cırtanıq) ölkələrin “qırmızı xətti” keçməsi əvvəl-axır hökumətin başında çatlamalı idi, bu da baş verdi”.

“Azərbaycan parlamentinin bəzi üzvlərinin abstrakt çıxışlarına fikir verməsək, bütövlüklə hökümətin düşdüyü təşvişi hətta Prezident Administrasiyasının parlament şöbəsinin qərarında da görməmək mümkün deyildir. Mən dəfələrlə yazmışam, Azərbaycanın 90 faiz əlaqələri Qərb ölkələrilədir, hakimiyyət istəsə belə Rusiyanın “çətiri” altına daxil ola bilməz. Yalnçı bəyanatlara baxmayaraq, Azərbaycanın iqtisadiyyatı dərin tənəzzüldədir və bu proses gündən-günə güclənəcək. Avropanın sanksiyası Azərbaycanı elə günə salar ki, hökümət liderlərinin bir çoxu Haaqa tribunalında cavab verməli olar. Hökümət anti-Qərb ritorikasından əl çəkib, azad seçkilər keçirməyə cəhd etməlidir. Düzdür, belə bir addım da hakimiyyəti təzyiqlərdən xilas edə bilməz, ancaq bir qədər zəiflədər”,-deyə eks-spiker bildirib.

Ana səhifəXəbərlərRəsul Quliyev: Avropanın sanksiyası Azərbaycanı elə günə salar ki…