Rəsul Cəfərovun və İntiqam Əliyevin işləri məhkəməyə göndərilib

Hər iki hüquq müdafiəçisi onlara qarşı irəli sürülmüş ittihamları təkzib edirlər və onları siyasi motivli hesab edirlər

Source:


Hər iki hüquq müdafiəçisi onlara qarşı irəli sürülmüş ittihamları təkzib edirlər və onları siyasi motivli hesab edirlər

Hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev barəsində cinayət işləri Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın gələcəkdə bu işlərə baxacaq hakimlərin təyin ediləcəyi gözlənilir, xəbəri vəkillər verib.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də, İntiqam Əliyev isə 8-də həbs edilib. Hər ikisinə qarşı əvvəlcə qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, sui-istifadə ittihamları irəli sürülüb. İbtidai istintaqın yekunlarına görə onlara qarşı vəzifə saxtakarlığı və böyük ölçüdə pul mənimsəmə ittihamı irəli sürülüb.

Cəfərov və Əliyev onlara qarşı irəli sürülmüş ittihamları təkzib edirlər və onları siyasi motivli hesab edirlər.

Amnesty International beynəlxalq hüquq müdafiət təşkilatı onları “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlərRəsul Cəfərovun və İntiqam Əliyevin işləri məhkəməyə göndərilib