Rəsul Cəfərovun şikayəti təmin olunmadı

Vəkil Fariz Namazlı bundan sonra hüquq müdafiəçisinin ev dustaqlığına buraxılması üçün növbəti dəfə məhkəməyə müraciət edəcəklərini bildirib.

Source:


Vəkil Fariz Namazlı  bundan sonra hüquq müdafiəçisinin ev dustaqlığına buraxılması üçün  növbəti dəfə məhkəməyə müraciət edəcəklərini bildirib.

Avqustun 8-də Bakı apellyasiya məhkəməsi Rəsul Cəfərovun apellyasiya şikayətini təmin etməyib.

Məhkəmə hüquq müdafiəçisi barəsində  Nəsimi rayon məhkəməsi  3 aylıq həbs qəti imkan tədbirini qüvvədə saxlayıb.

Vəkil Fariz Namazlı  bundan sonra hüquq müdafiəçisinin ev dustaqlığına buraxılması üçün  növbəti dəfə məhkəməyə müraciət edəcəklərini bildirib.

Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsi Rəsul Cəfərova qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Rəsul Cəfərov özünü günahkar hesab etmir. Amnesty İnternational  onu vicdan məhbusu elan edib.

Ana səhifəXəbərlərRəsul Cəfərovun şikayəti təmin olunmadı