Rəsul Cəfərovun kassasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub

Onun özü də məhkəmədə iştirak edib

Source:
Rəsul Cəfərov (solda)
Rəsul Cəfərov (solda)

Rəsul Cəfərov (solda)
Rəsul Cəfərov (solda)


Onun özü də məhkəmədə iştirak edib

Fevralın 16-da Ali Məhkəmədə həbsdə olan İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, R.Cəfərovun kassasiya şikayəti təmin edilməyib.

R.Cəfərovun özü də məhkəmədə iştirak edib.

R.Cəfərov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilib.

O, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hüquq müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb.

Rəsul Cəfərov beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır. O, barəsində irəli sürülən ittihamları qəbul etmir.

Ana səhifəXəbərlərRəsul Cəfərovun kassasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub