Martın 4-ü gənc hüquq müdafiəçisi Nicat İmranlının mənzili soyulub. Evdən ümumilikdə 3500-4000 abş dollar dəyərində əşya oğurlanıb. Buna musiqi mərkəzi, dvd, tv-tuner, qızıl və pul kolleksiyası daxildir. Nicatın dediyinə görə,oğurluq hadisəsində kifayət qədər maraqlı nüanslar var.
Nicat deyir ki, maraqlısı həm də odur ki, evdən pula gedən hər şey oğrlanmayıb. Yalnız 35-40 faizi oğurlanıb. Üstəlik işıq kabelləri qırılıb və ev yaşanmaz vəziyyətə gətirilib. Ev “Sovetski” məhəlləsində yerləşir. Ətrafda olan bütün evlər sökülüb. Nicat deyir ki, baş verən hadisənin bir neçə səbəbi ola bilər.
27-ci polis bölməsindən Meydan Tv-yə bildirdilər ki, faktla bağlı araşdırma aparılır.