Rəsul Cəfərovun işində zərər çəkməyən “zərərçəkmişlər” (VİDEO)

Fevralın 10 – da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəmə prosesi keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmədə Rəsul Cəfərov ifadə verməkdən imtina edib.O, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləyib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan 3 şəxs dindirilib. AnarNağılbaz(Cəbiyev) Əhməd Heybətov və Seymur Verdizadə Rəsul Cəfərovdan ziyan çəkmədiklərini bildiriblər. Əhməd Heybətov ifadəsində deyib ki, istintaq zamanı Anar Nağılbaza “Əgər zərərçəkmiş qismində ifadə verməsən zərəri sən çəkəcəksən”  deyilib.

Rəsul Cəfərov ittiham üzrə özünü təqsirli bilmədiyini, qrant layihələrini təyinatı üzrə xərclədiyini bildirib.

Rəsul Cəfərov 2 avqust 2014-cü ildə QHT-lərlə bağlı başlanmış cinayət işi üzrə saxlanılıb və Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmamaddələri ilə ittiham olunur.

«AmnestyInternational» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

Ana səhifəVideoRəsul Cəfərovun işində zərər çəkməyən “zərərçəkmişlər” (VİDEO)