Şahid Rəşad Şirinov ölkədə olmadığından hakim məhkəməni təxirə salıb
Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə iş üzrə şahidlərdən 3-ü ifadə verib.
Sonuncu şahid Rəşad Şirinov ölkədə olmadığından hakim məhkəməni təxirə salıb. Proses martın 31-i saat 10:30 da davam edəcək.
Rəsul Cəfərov 2014-cü QHT-lərə qarşı başlanılan cinayət işi üzrə həbs olunub.
Amenisty İnternational onu vicdan məhbusu kimi tanıyıb.