Rəsul Cəfərovun Bank Respublikaya qarşı şikayəti təmin olunmadı

“O, kifayət qədər sübutlar gətirdi ki, onun bank hesabına qanunsuz həbs qoyulub…”

Source:

“O, kifayət qədər sübutlar gətirdi ki, onun bank hesabına qanunsuz həbs qoyulub…”

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov məhkəmə qərarı olmadan hesabının dondurulmasına görə Bank Respublikanı məhkəməyə verib.

Noyabrın 3-də Səbail rayon məhkəməsində keçirilən iclası Rəsul Cəfərovun nümayəndəsi Günay İsmayılova izləyib. Günay İsmayılova: “Rəsul Cəfərov kifayət qədər sübutlar gətirdi ki, onun bank hesabına qanunsuz həbs qoyulub və o, faktiki olaraq öz hesabındakı pullardan istifadə edə bilməyib. Onun mülkiyyət hüququ pozulub. Bank Rəsul Cəfərovla bağladığı müqavilədə göstərilən öhdəlikləri pozub”.

Günay İsmayılova bildirib ki, Rəsul Cəfərov həbsxanada saxlanma şəraitindən narazılıq etməyib. Bu il iyulun 7-də məhkəmə Rəsul Cəfərovun hesabına həbs qoyulması ilə bağlı qərar çıxarıb. Hüquq müdafiəçisi həmin tarixdən bir neçə gün əvvəl hesabının dondurulması barədə məlumat yayıb.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq və vergidən yayınmaqda ittiham olunur. Həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir. Amnesty International təşkilatı R. Cəfərovu vicdan məhbusu elan edib.

Ana səhifəXəbərlərRəsul Cəfərovun Bank Respublikaya qarşı şikayəti təmin olunmadı