Rəsul Cəfərova qarşı iki yeni maddə irəli sürülüb

Günay İsmayılova: “Onun təşkilatı qeydiyyata alınmadığından heç bir vəzifəsi olmayıb və bu maddə absurddur”

Source:


Günay İsmayılova: “Onun təşkilatı qeydiyyata alınmadığından heç bir vəzifəsi olmayıb və bu maddə absurddur”

Dekabrın 12-də həbsdə olan vicdan məhbusu Rəsul Cəfərova qarşı iki yeni maddə irəli sürülüb. Bu barədə Meydan TV-yə Cəfərovun vəkili Günay İsmayılova deyib.

Vəkilin sözlərinə görə, Cəfərova qarşı Cinayət Məcəlləsinin 313 (Vəzifə saxtakarlığı) və 179.3.2 (Mənimsəmə və ya israf etmə) maddələri uzre ittiham irəli sürülüb: “Müstəntiq deyib, guya, Rəsul Cəfərovun qrantlarla bağlı bütün sənədlər istintaqa təqdim olunmayıb. Vəzifə saxtakarlığına gəlincə, onun təşkilatı qeydiyyata alınmadığından heç bir vəzifəsi olmayıb və bu maddə absurddur”.

Ana səhifəXəbərlərRəsul Cəfərova qarşı iki yeni maddə irəli sürülüb