Rəsul Cəfərov hökmdən apellyasiya şikayəti verdi

Şikayət artıq məhkəməyə təqdim olunub

Source:

Şikayət artıq məhkəməyə təqdim olunub

İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

 Vəkil Fariz Namazlının

APA

-ya verdiyi məlumata görə, apellyasiya şikayəti mayın 6-da məhkəməyə təqdim olunub.

İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs olunub. R. Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilib.

Ana səhifəXəbərlərRəsul Cəfərov hökmdən apellyasiya şikayəti verdi