Rəsul Cəfərov: ”Gəldiyim nəticəyə görə hesabat reallıqları əks etdirəcək”

”Biz müşahidə etdiklərimizi onlara çatdırıb mənzərənin imkan daxilində əks olunmasını istədik”

Source:


”Biz müşahidə etdiklərimizi onlara çatdırıb mənzərənin imkan daxilində əks olunmasını istədik”

Mayın 14-də hüquq müdafiəçisi Rəsul Cəfərov və NİDA İdarə Heyətinin üzvü Turqut Qəmbər Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda ilə görüşüblər.

Görüşü “növbəti təmaslardan biri” adlandıran Rəsul Cəfərov Meydan TV-yə həmməruzəçilərin hazırladıqları hesabatdan danışıb:

“Mənim gəldiyim nəticəyə görə hesabat reallıqları əks etdirəcək. Çünki hər iki şəxs Azərbaycandakı vəziyyətdən məlumatlıdırlar, azadlıqların məhdudlaşdırılmasından başlamış QHT-lər haqda qanunvericilikdə 4-5 il əvvəl edilən dəyişiklərə qədər hər şeyi bilirlər. Onlar siyasi məhbuslarla görüşüblər və bu gün də görüşlər davam edəcək. Biz müşahidə etdiklərimizi onlara çatdırıb mənzərənin imkan daxilində əks olunmasını istədik”.

Rəsul Cəfərov deyir ki, Ştefan Şennak və Sezar Florin Predanın mandatı kifayət qədər məhduddur. Onlar yalnız monitorinq aparıb hesabat yayacaqlar:

“Biz də hesabatın obyektiv olmasına, ciddi məqamların kənarda qalmamasına və yaxşı tövsiyələrin olmasına çalışırıq. Əgər bunlar olsa, Avropa Şurası sənədə istinad edib rəsmi Bakının problemləri həll etməsinə təsir edə bilər”.

Hüquq müdafiəçisi həmməruzəçilərdən xüsusi gözləntisinin olmadığını deyib:

“Çünki bu adamların mandatı məhduddur, müşahidə edib hesabat hazırlamaqla işləri bitir. Əslində, avstriyalı deputat Stefan Şennakın səylərini görürük, yəni, o, yalnız hesabat hazırlamır. Amma onların mandatı müşahidə edib hesabat hazırlamaqdır deyə başqa gözləntim yoxdur”.

Ana səhifəXəbərlərRəsul Cəfərov: ”Gəldiyim nəticəyə görə hesabat reallıqları əks etdirəcək”