Rəsul Cəfərov: AŞPA siyasi məhbuslar üzrə məruzəçi təyin etməklə Azərbaycana siqnal verir

Rəsul Cəfərov

Rəsul Cəfərov

İyunun 25-də AŞPA Azərbaycanda siyasi məhbus problemi üzrə məruzəçi təyin edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.

“APA” agentliyinin AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, iclas iyunun 25-də qurumun yay sessiyası çərçivəsində baş tutacaq.

Hesabatın hazırlanması təşəbbüsü ilə hollandiyalı deputat Piter Omtzigt çıxış edib.

Məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.

“Turan” agentliyinə müsahibəsində hüquq müdafiəçisi Rəsul Cəfərov məsələyə şərh verərək bildirib ki, bununla da AŞPA Azərbaycanda siyasi məhbuslarla bağlı konkret bir siqnal verir.

“Məruzəçi konkret olaraq siyasi məhbuslarla bağlı hesabat hazırlamalıdır”, - R.Cəfərov deyib.

O, qeyd edib ki, ölkədə bu sahəbə vəziyyətin yaxşılaşdırılması hər bir vətəndaşdan asılıdır və bu mənada siyasi və ictimai işlərlə məşğul şəxslərin fəaliyyətinin artırılması vacibdir.

“Vətəndaşları hüquqları ilə bağlı məlumatlandırmaq, onları seçkidə fəal olmağa inandırmaq lazımdır. Beynəlxalq ictimaiyyət də öz növbəsində Azərbaycandan insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışmalıdır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1xnhup

Ən çox baxılan