Restoranda baş verən atışmada yaralanan şəxslərin adları məlum olub (yenilənib)

Hadisə gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsində yerləşən ”Bulaq” restoranında qeydə alınıb

Source:


Hadisə gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsində yerləşən ”Bulaq” restoranında qeydə alınıb

————————————————————————–



Səbayel rayon polis idarəsi insidentdən dərhal xəbər tutub. Özü də ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın sayəsində. Belə ki, diplomatın “Chevrolet” avtomobili “Bulaq” restoranının qarşısında park edilibmiş və Derek Hoqan özü həmin vaxt ABŞ səfirinin restoranın yaxınlığında yerləşən evində qonaq imiş. Atışma zamanı güllələrdən biri səfir müavinin avtomobilinə dəyib. Xoşbəxtlikdən bu zaman avtomobildə olan sürücü xəsarət almayıb. İnsidentdən xəbər tutan diplomat dərhal polisə xəbər verib. Silah işlədən şəxsin artıq polisə təslim olduğu bildirilir (

Virtualaz.org)

.


——————————————————————————

Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub.

Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.

Hadisə gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında qeydə alınıb.

Ana səhifəXəbərlərRestoranda baş verən atışmada yaralanan şəxslərin adları məlum olub (yenilənib)