Restoranda 6 nəfəri güllələyən gənc məmur oğlu olub (yenilənib)

Fəxrəddin Əliyev oğlu Məhərrəm Əliyevin psixoloji problemlərinin olduğunu deyib

Source:


Fəxrəddin Əliyev oğlu Məhərrəm Əliyevin psixoloji problemlərinin olduğunu deyib


Xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə” restoranında ad günü məclisində olublar


APA-nın əldə etdiyi məlumata görə, hadisəni törədən Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur.


F. Əliyev bu gün tutduğu vəzifədən azad edilib. Onun yerinə artıq təyinat da olub.


Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış Pərvin Əhmədov 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi təyin edilib.


“Hadisə ilə bağlı hazırda Bakı şəhərindəyəm. Hadisənin təfərrüatları barədə heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Oğlum Bakıda bizneslə məşğul olurdu. Onun psixoloji problemləri var”.

Bu barədə APA-ya Qaradağ rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutularaq polis idarəsinə gətirilib. Hazırda onun ifadəsi alınır. Günün sonuna kimi onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Polisdən həmçinin bildirilib ki, hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Hadisə dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranında qeydə alınıb. Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.

Xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə” restoranında ad günü məclisində olublar.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərRestoranda 6 nəfəri güllələyən gənc məmur oğlu olub (yenilənib)