Respublika Prokuorluğu Səid Nuri haqqında açıqlama yaydı

“Onun cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb”

Source:


“Onun cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb”

Respublika Prokurorluğu Amerika vətəndaşı Səid Nurinin Azərbaycanı tərk etməsinə qoyulan qadağa ilə bağlı Lent.az-a münasibət bildirib.

Portalın yayıdğı məlumatda bildirilir ki, S.Nurinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaq edilən cinayət işi ilə bağlıdır.

“Azərbaycan Respublikasının vətəndaşı, 23 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, mənzil 9 ünvanında qeydiyyatda olan Nuriyev Səid Fikrət oğlunun hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi ilə bağlıdır. S.Nurinin həmin cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb” – deyə Respublika Prokurorluğunun məlumatında bildirilir.

Prokurorluq eyni zamanda Səid Nurinin Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etmədiyini açıqlayıb: “Qüvvədə olan qanunvericiliyə görə bu halda Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti S.Nuriyə münasibətdə tanınmır”.

Ana səhifəXəbərlərRespublika Prokuorluğu Səid Nuri haqqında açıqlama yaydı