D18 Hərəkatı Respublika Günündə vətəndaşları qızılgüllər və şokaladla təbrik edib. Bakı sakinləri onları gülərüz və mehribanlıqla qarşılayıblar. Hərəkatın lideri Ruslan İzzətlinin sözlərinə görə, onlar bu aksiyanı hər il keçirirlər.
O vurğulayıb ki, apardıqları mübarizə sevgi və inama söykənib:
“Biz mübarizəni iqtidardan fərqli olaraq, kin və nifrətlə aparmırıq. Fərqli düşünənlərə qarşı aqressiv davranmırıq. Qızılgül də sevgi rəmzidir. Gül verdiyimiz vətəndaşın ideoloji baxışlarına və hansısa partiyanı dəstəklədiyinə baxmırıq. Cümhuriyyətçilik millətindən, dinindən, irqindən, ideoloji baxışından asılı olmayaraq hər kəsin bir çətir altında birləşdiyi bir düşüncədir. Düşünürük ki, 28 Mayda Şərq dünyasında Məmməd Əmin Rəsulzadə və onun komandasının qurduğu cümhuriyyəti biz yenidən bərpa edəcəyik. O cümhuriyyətin dəyərləri bu ölkədə bərpa olunacaq”.