Rəsmi Tehran İlham Əliyevin fikirlərinə reaksiya verdi

Nazirliyin rəsmisinin sözlərinə görə, bu mövzu (hərbi təlimlər) Nyu-Yorkda keçirilən görüşdə İran və Azərbaycan xarici işlər nazirləri arasında ətraflı müzakirə olunub və onların davam etdirilməsi barədə razılıq əldə edilib

Source: Specify Source


Səid Xətibzadə: “İran sərhədləri yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcək”

Rəsmi Tehran prezident İlham Əliyevin “Anadolu” agentliyinə müsahibəsinə reaksiya verib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə “Mehr” agentliyinə müsahibəsində deyib.

O, Azərbaycan Prezidentinin İranla Azərbaycan sərhəddində keçirilən hərbi təlimlərə verdiyi qiyməti "məyusedici" adlandırıb.

Nazirliyin rəsmisinin sözlərinə görə, bu mövzu (hərbi təlimlər) Nyu-Yorkda keçirilən görüşdə İran və Azərbaycan xarici işlər nazirləri arasında ətraflı müzakirə olunub və onların davam etdirilməsi barədə razılıq əldə edilib:

“İran hər zaman hər hansı bir ərazinin işğalına qarşı olub və ölkələrin suverenliyinə, sərhədlərinə və ərazi bütövlüyünə hörmət edib”.

İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərə toxunan S. Xətibzadə İsrailin bölgədəki fəaliyyətinə də eyham vurub:

"Bu, təhlükəsizlik məsələsidir və (təlimlər) bütün regionun sabitliyi üçün keçirilir. İran, əlbəttə ki, öz sərhədləri yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcək və öz təhlükəsizliyi üçün lazım olan hər şeyi edəcək".

Sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində İranın Azərbaycan sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirməsini "anlaşılmaz"

adlandırıb

: "Hər bir ölkə öz ərazisində hərbi təlimlər keçirməyə haqlıdır, amma nəyə görə məhz indi və nə üçün bizim sərhədimizdə?"

Ana səhifəSiyasətRəsmi Tehran İlham Əliyevin fikirlərinə reaksiya verdi