Rəsmi: Son sutkada Azərbaycanda COVİD-19-a yoluxmuş 10 şəxs ölüb

“Bugünkü test sayı isə 7079-dur”.

Source: Meydan TV


“Hazırda aktiv xəstə sayı 5601 nəfərdir”

Yanvarın 24-də Azərbaycanda 287 adam COVİD-19 infeksiyasına yoluxub, 568 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir ki, bu gün 10 pasiyent ölüb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 228 min 975 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 220 min 292 nəfər müalicə olunaraq sağalıb, 3082 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 5601 nəfərdir”.

Qərargah ötən müddətdə 2 milyon 361 min 552 testin aparıldığını bildirib:

“Bugünkü test sayı isə 7079-dur”.

Ana səhifəSosialRəsmi: Son sutkada Azərbaycanda COVİD-19-a yoluxmuş 10 şəxs ölüb