"Onu bu il aprelin 2-dən evlərinin yataq otağına zəncirləyib”

Mənbə: Meydan TV

Başlıq: "Onu bu il aprelin 2-dən evlərinin yataq otağına zəncirləyib”

Rəsmi: Qızını zəncirləyən ata saxlanılıb

“Bədənində müxtəlif xəsarətlər olan qadın evin yataq otağında zəncirlə bağlı vəziyyətdə tapılıb”

Biləsuvarda evdə atası tərəfindən zəncirlənmiş qadın azad edilib.

Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki,

50 yaşlı A.H qızını aprelin 2-dən evində zəncirləyib. Səbəb onun “yüngül həyat tərzi” keçirməsinə dair şübhələnməsi olub.

33 yaşlı qadın 2020-cu ilin aprelindən yaşadığı evlərinin bir otağında bağlı qalıb.

İyulun 9-da polis və prokurorluq əməkdaşları daxil olmuş məlumat əsasında evə baxış keçirib. Qızı tapıblar.

Məlumatda bildirilir ki, bu müddət ərzində qadın daim şiddətə məruz qalıb. Onun bədənində işgəncə izləri var:

“Bədənində müxtəlif xəsarətlər olan qadın evin yataq otağında zəncirlə bağlı vəziyyətdə tapılıb. O, A.H-in doğma qızıdır. 2013-cü ildə həyat yoldaşından boşanıb. Atası onun yüngül həyat tərzi keçirdiyindən şübhələnib və onu bu il aprelin 2-dən evlərinin yataq otağına zəncirləyib”.

Məlumatda deyilir ki, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb:

“A.H şübhəli şəxs qismində saxlanılıb. Hazırda iş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilir. Müvafiq ekspertizalar təyin edilib. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Bu, Azərbaycanda ilk hadisə deyil. Bir neçə il öncə qızını tövlədə zəncirlədiyi deyilən ata ilə bağlı görüntülər yayıldı. Atanın öz qızını 8 il zəncirdə saxladığı iddia olunurdu.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fazv0f

Ən çox baxılan