Rəsmi: Qafqaz Konserv Zavodunun direktoru cəzalandırılıb

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə zavoda məcburi göstəriş verilib”, – məlumatda qeyd olunub.

Source: google.az


Xaçmaz sakinlərinin şikayəti araşdırılıb

Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodunun direktoru Rüstəm Rüstəmovun cərimələndiyi bildirilir. Buna səbəb zavodun istehsalat tullantılarının Qobuqırağı kəndinin ərazisindən keçən çaya atılmasıdır.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədovun adından Meydan TV-yə göndərilən məlumatda qeyd olunub ki, əraziyə keçirilən baxış zamanı zavodda əmələ gələn istehsalat tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və çaya atıldığı faktı təsdiqini tapıb.

“Faktla bağlı akt və protokol tərtib olunaraq zavodun direktoru Rüstəm Rüstəmovun İnzibati Xətalar Məcəlləsinin 264.0.1 maddəsinə əsasən hüquqi şəxs qismində 7500 manatdan 10000 manatadək cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə zavoda məcburi göstəriş verilib”, – məlumatda qeyd olunub.

Meydan TV bu il, avqustun 14-də Xaçmazın Qobuqırağı kənd sakinlərinin şikayətini

işıqlandırıb

. Sakinlər deyiblər ki, zavod konservləşdirilmiş qida məhsullarının istehsalı ilə məşğuldur. İstehsala yaramayan tonlarla çürümüş tərəvəz çaya buraxılır. Nəticədə kənd sakinləri qoxudan bayıra çıxa bilmirlər.

“Belə şəraitdə istənilən infeksion xəstəliyik yayılması mümkündür. Qışda şaxta, qar ayıbları ört-basdır edir, ancaq yayın cırhacırında iydən nəfəs almaq mümkün olmur. Zavod bəzən başqa istehsalla məşğul olur, onda da arxa kimyəvi maddələr buraxılır. Bir sözlə, zavodun bu su arxını həyatımız üçün təhlükəyə çevirib”, – kənd sakinlərindən biri deyib.

Ana səhifəSosialRəsmi: Qafqaz Konserv Zavodunun direktoru cəzalandırılıb