Rəsmi: Ötən il Azərbaycanda doğuş zamanı 20 ana ölümü baş verib

Hökumətin hesabatına görə, koronavirusa yoluxanların 1,2 faizi həyatını itirib

Source: google.az


Hökumətin hesabatına görə, koronavirusa yoluxanların 1,2 faizi həyatını itirib

Ötən il ölkədə ana ölümü 20 hal, körpə ölümü göstəricisi 9,8 promilli təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd olunub ki, 1000 qramdan aşağı doğulan körpələrin sayı 268 olub ki, onlardan 105 körpəni xilas edilib.

Ötən il ərzində dövlət tibb müəssisələrinə həkimə gəlişlər və profilaktik gəlişlər daxil olmaqla ilkin olaraq 34,8 milyon ambulator müraciət olub. Eyni müddət ərzində ilkin olaraq 515,6 min xəstə stasionar müalicə alıb.

Bakı şəhəri üzrə 232.9 min nəfər ambulator müşahidəyə götürülüb, onlardan təxminən 89.0 min nəfərdə COVID-19 xəstəliyi aşkar edilib. Məntəqələr tərəfindən 78.2 min yaxma götürülüb, 31.4 min xəstəyə dövlət hesabına dərman preparatları çatdırılıb.

Ambulator-poliklinik və profilaktik tədbirlərin operativliyinin təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyinə ayrılmış vəsait hesabına 130 ədəd minik avtomobili alınıb.


Ötən il Azərbaycanda 218.7 min nəfərdə koronavirus qeydə alınıb

Sənəddə deyilir ki, 2020-ci ilin 31 dekabr tarixinə ölkədə ümumilikdə 218. 7 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edlib, onlardan 184.4 min nəfər müalicə olnaraq sağalıb, 2641 nəfər vəfat edib, aktiv xəstələrin sayı 31.6 min, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar icra olunan testlərin sayı isə 2195.5 min olub.

Hesabat ilinin sonuna Azərbaycandakı koronavirusa ümumi yoluxanların 84.3 faizi sağalıb, 14.5 faiz aktiv xəstə olub, ümumi yoluxanların 1,2 faizi ölüb.


18 xəstəyə böyrək köçürülüb

Hesabatda qeyd edilir ki, Azərbaycanda 689 süni böyrək cihazı ilə təchiz edilən 45 hemodializ mərkəzi mövcuddur.

2020-ci ildə 3600-ə yaxın xəstə dövlət hesabına proqramlı hemodializ seansları və müvafiq dərman preparatları ilə, 1000-dən artıq böyrək köçürülən xəstə ilə immunosupressiv preparatlarla tam həcmdə təmin olunub.

1,1 min yeni xəstə proqramlı hemodializ seanslarına qəbul edilib. 135 nəfər Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə dövlət hesabına böyrək köçürmə əməliyyatlarının icra olunması üçün yüksək maliyyə tələb edən donor-resipiyent uyğunluğu müayinələrindən keçirilməsi məqsədilə aidiyyəti tibb müəssisələrinə göndərilib. Bunlardan uyğun gələn 18 xəstəyə böyrək nəqli əməliyyatı icra edilib, daha 14 xəstənin əməliyyat vaxtı təyin edilib.

Dövlət qeydiyyatından yeni keçən 366 adda dərman vasitəsinin qiymətlərinin tənzimlənməsi həyata keçirilib, bununla da ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 12,1 minə çatdırılıb.

Hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlərRəsmi: Ötən il Azərbaycanda doğuş zamanı 20 ana ölümü baş verib