“116-sı uşaq olmaqla 1684 nəfər xəsarət alıb”
Ukraynada müharibə başlayandan 14-ü uşaq olmaqla 352 nəfər həlak olub
Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın işğalı nəticəsində mülki əhali arasında itkilərin sayı barədə məlumat yayıb.
Fevralın 27-nə olan məlumata görə, Rusiyanın işğalından sonra 14-ü uşaq olmaqla 352 ukraynalı mülki şəxs həlak olub. 116-sı uşaq olmaqla 1684 nəfər xəsarət alıb.