Rəsmi Minskdən Paşinyanın açıqlamasına reaksiya (yenilənib)

Belarus-Ermənistan. Foto: DexonDee/shutterstock

Ermənistan Belarusa nota verib.

Səbəb kimi Belarus Xarici İşlər Nazirliyinin rəsmisi Anatoli Qlazın dünənki açıqlamasıdır.

A.Qlaz Ermənistanın Baş naziri Nikol Paşinyanın Minsklə bağlı açıqlamalarını “uzaqgörən olmayan mövqe” kimi qiymətləndirmişdi.

Ermənistan Xarici İşlər Anatoli Qlazın fikirlərini ölkənin daxili işlərinə müdaxilə adlandırıb.


“Diqqəti daxili problemlərdən yayındırır”

Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Minsklə bağlı açıqlamalarını uzaqgörən olmayan mövqe kimi qiymətləndirib.

Bu barədə Belarus diplomatik departamentinin mətbuat katibi Anatoli Qlaz bildirib.

İyunun 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun Belarusun Prezidenti olduğu müddətdə bu ölkəyə getməyəcəyini demişdi.

Baş nazir fikrini Aleksandr Lukaşenkonun Ermənistan-Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) münasibətləri barədə dedikləri ilə əlaqələndirmişdi.

Ardınca Ermənistan Minskdəki səfirini məsləhətləşmələr üçün geri çağırdı.

Anatoli Qlaz isə bu münasibəti Ermənistanın daxili vəziyyəti ilə bağlayıb:

Ermənistanın daxilində qarşıdurmanın nə qədər sürətlə artdığını hər kəs görür. Fərqli insanların ciddi emosional stressə qarşı fərqli müqaviməti var və bu başa düşüləndir. Ancaq Belarusun bununla nə əlaqəsi olduğunu başa düşmürük”.

 “Əgər kimsə xaricdə düşmən göstərməklə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, deməli, bu, çox uzaqgörən mövqe deyil”, – o deyib.

“Politico” nəşri əldə etdiyi məlumatlara əsasən iddia edir ki, Belarus və Ermənistan KTMT-də də müttəfiq olsa da, Minski Yerevanın əzəli düşməninə qabaqcıl silahlar verib:

Ermənistanla Azərbaycanın arasında gərginliyin pik həddə çatdığı 2018-2022-ci illər arasında Belarus ikincinin silahlı qüvvələrinə fəal yardım edib. Bura köhnə artilleriya avadanlığının modernləşdirilməsi, dron sistemləri üçün istifadə edilən yeni avadanlıqlar daxildir”.

“Həmçinin sənədlərə Belarusun dövlət silah ixracı agentliyinin özünün hərbi sənaye firmalarına Azərbaycan üçün ən müasir artilleriya hədəfləmə texnikası sifarişləri ilə bağlı məktubları, həmçinin “Groza-S” sayğacının alınmasına razılıq verən iki dövlət arasında yazışmalar daxildir. Belarus müəssisələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında, həmçinin Belarus mal və xidmətlərinin ölkəyə ixracında fəal rol oynayır”, – deyə məlumatda vurğulanır.

Nəşr qeyd edir ki, nə Azərbaycan, nə də Belarus hökumətləri bu barədə sorğulara cavab verib.

Ana səhifəSiyasətRəsmi Minskdən Paşinyanın açıqlamasına reaksiya (yenilənib)