Rəsmi: İndiyədək Ukraynadan 3138 azərbaycanlı təxliyə olunub

Foto: XİN

7 mart tarixinə qədər Ukraynadan Azərbaycana 3138 nəfərin təxliyə olunduğu bildirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir”,-deyə XİN vurğulayıb.

Nazirlik bildirib ki, azərbaycanlıların təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub:

“Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib”.

Məlumata görə, martın 6-da Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb.

Ana səhifəXəbərlərRəsmi: İndiyədək Ukraynadan 3138 azərbaycanlı təxliyə olunub