Rəsmi: “Əsgər özü-özünü vurub”

Ramil Bilalovu mayın 11-də torpağa tapşırıblar

Source: Facebook

Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Dövlət Sərhəd Xidmətinin əsgəri Ramil Kamal oğlu Bilalov həlak olub. Bu barədə məlumatı əsgərin yaxınları paylaşıb. Onun mayın 10-a keçən gecə Qazax rayonunda yerləşən N saylı hərbi hissədə həyatını itirdiyi bildirilir.

Əsgər mayın 11-də Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində torpağa tapşırılıb.

Məlumatı “Ahiska Türkləri Vətən” İctimai Birliyinin sədri İsmayıl Rəhimov da öz “Facebook” hesabında paylaşıb:

“Xaçmaz rayonunun Yeni Həyat (Revaluciya) qəsəbəsində yaşayan Ahıska türkü Bilalov Ramil Kamal oğlu dünən gecə Vətən görəvini yerinə yetirərkən şəhid olmuşdur, Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirəm”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsindən isə Meydan TV-yə əsgərin intihar etdiyini deyiblər:

“Hazırda istintaq gedir, bəlli deyil. Öz-özünü vurduğunu deyirlər”.

Dövlət Sərhəd Xidməti bu barədə açıqlama verməyib.

Ana səhifəSosialRəsmi: “Əsgər özü-özünü vurub”