Lənkəran Hərbi Prokurorluğunda cinayət işi başlayıb
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgərinin özünü güllələdiyi bildirilir.
Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, DSX-nın N saylı hərbi hissəsinin əsgəri Onur Baxşəliyev Nazim oğlu istifadəsində olan silahla özünə atəş açıb. Onun özünə xəsarət yetirməsi faktı ilə bağlı Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlayıb.
Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.
Onur Baxşəliyevin yaxınlarının məsələyə münasibəti məlum deyil.