54 yaşlı neftçinin tapılması üçün dalğıc-axtarış qrupu cəlb edilib
Noyabrın 18-də 54 yaşlı neftçi İlqar Şirin oğlu Şərifovun Xəzər dənizində, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batdığı haqda məlumat yayılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə APA-ya bildirib ki, dənizdə batdığı bildirilən İlqar Şərifov neftçidir, lakin o, SOCAR-ın əməkdaşı deyil:
“İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MMС isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb. Hazırda onun axtarışları davam etdirilir”.