Rəsmi Bakının lobbiçiliyində günahlandırılan almaniyalı deputata xəbərdarlıq edilib

Karin Ştrenz deputat normalarını pozmaqda ittiham edilir

Source:
Katrin Ştrenz
Katrin Ştrenz


Karin Ştrenz deputat normalarını pozmaqda ittiham edilir

Almaniya Bundestaqı Xristian-Demokrat İttifaqının deputatı Karin Ştrenzə xəbərdarlıq edib. Xəbərdarlıq Karin Ştrenzin deputat normalarını pozması ilə bağlıdır.

Bildirilir ki, deputatın cərimə olunması davam edəcək və bu barədə rəsmi açıqlama veriləcək.


Almaniya mətbuatı

cərimənin 10 min avrodan 99 min avro civarında olacağını bildirir.

Eyni zamanda, Bundestaqda Ştrenzin deputat mandatının ləğv olunması tələb edilir. Sosial-demokrat Frank Şvabe hesab edir ki, Karin Ştrenz siyasi hakimiyyətin nüfuzuna ciddi zərbə vurub.

Karin Ştrenzin adı Avropa Şurası Parlament Assambleyasının 2017-ci ildə korrupsiya qalmaqalında hallanırdı. Eyni zamanda, ötən il müstəqil ekspertlərin məruzəsində Karin Ştrenzin rüşvət müqabilində rəsmi Bakının maraqlarına lobbiçilik etdiyi qeyd olunub. Sonradan Karin Ştrenz onun kampaniyasının maliyyələşdirildiyini bilmədiyini söyləmişdi. Artıq o zaman bundestaq onun

AŞ PA

nümayəndə heyətindən kənarlaşdırmışdı.

Ana səhifəXəbərlərRəsmi Bakının lobbiçiliyində günahlandırılan almaniyalı deputata xəbərdarlıq edilib