“Rəsmi Bakı Rusiyadan çəkinir”

Azər Qasımlı: “Azərbaycan proqramda Avropa Birliyinin istədiyi aktivliyi göstərmir”

Source:


Azər Qasımlı: “Azərbaycan proqramda Avropa Birliyinin istədiyi aktivliyi göstərmir”

“Azәrbaycanla әmәkdaşlıq üçün yeni hüquqi çәrçivәdә razılıq әldә olunmalıdır”.

APA-nın mәlumatına görә, bu sözlәri Latviyanın xarici işlәr naziri, Avropa İttifaqının fəaliyyətdə olan sədri Edqars Rinkeviç Norveçin xarici işlәr naziri Bordo Brende ilә görüşdә “Şәrq tәrәfdaşlığı” çәrçivәsindә vә Riqa Sammiti әrәfәsindә perspektivlәr barәdә danışarkәn deyib.

O, analoji razılaşmanın Ermәnistanla da әldә edilmәsinin planlaşdırıldığını qeyd edib: ““Şәrq tәrәfdaşlığı” vahid platformada inkişafı etdirilmәli, eyni zamanda tәrәfdaş ölkәlәrә fәrdi yanaşma da nümayiş etdirilmәlidir. İkitәrәfli әlaqәlәr möhkәmlәndirilmәli, Moldova, Gürcüstan vә Ukrayna ilә assosiativ sazişlәrin tәtbiqi tәmin edilmәlidir. Belarusla da әlaqәlәr güclәndirilmәli, bütün tәrәfdaş ölkәlәrlә vizanın asanlaşdırılması istiqamәtindә işlәr görülmәlidir”.

Açıqlamanı Meydan TV-yə şərh edən REAL İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı bildirib ki, “Şәrq tәrәfdaşlığı” proqramı bütün ölkələr üçün eynidir. Amma Azərbaycan proqramda Avropa Birliyinin istədiyi aktivliyi göstərmir. Səbəb Rusiya amilidir, rəsmi Bakı Moskvadan çəkinərək, həm demokratiya, azad seçki, müstəqil məhkəmə sistemi istəyənlərin, həm də Avropanın istədiyi addımları atmır:  “Bilirsiniz ki, Gürcüstana, Moldovaya, Ukraynaya Asossasiya sazişi imzalanması təklifi olmuşdu, Azərbaycana da həmin təklif olsa da, Bakı qəbul etməyib, başqa bir proqram istəmişdi. O zaman Avropa ölkələri Bakının istəyinə müsbət yanaşmadılar. Görünür, Avropa Birliyi Azərbaycanı Qərb institutlarına yönləndirməkdə israrlıdır. Güman ki, İlham Əliyevin şərtlərinə uyğun olaraq qarşı tərəf indiki vəziyyəti nəzərə alaraq müsbət yanaşsın. Söhbət Rusiyanın Ukrayna məsələsində çox aqressiv olması və Baltikyanı ölkələrin təhdidindən gedir”.

Ancaq Azər Qasımlı Azərbaycanın şərtlərinin nədən ibarət olmasını konkretləşdirə bilməyəcəyini də dedi: “Çünki bu məsələ müzakirədə olmadığından mən də daxil olmaqla bütün təhlilçilər üçün yenidir. Sadəcə, “Şәrq tәrәfdaşlığı” proqramında Azərbaycanın üzərinə qoyulası öhdəliklərin əksəriyyəti növbəti sənəddə olmayacaq. İstər demokratikləşmə, istərsə də başqa məsələlər”

Ana səhifəXəbərlər“Rəsmi Bakı Rusiyadan çəkinir”